Təltif edilən idmançılardan biri Milli Qəhrəman Fred Asifin oğludur

Təltif edilən idmançılardan biri Milli Qəhrəman Fred Asifin oğludur

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın bir qrup idmançı və idman mütəxəssisini təltif edib.

Fəxri ad alanlar arasında qol güləşi üzrə dünya çempionu olan Azər Məhərrəmov Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun oğludur.

1-ci Qarabağ müharibəsinin tarixi igidlərindən olmuş Fred Asif ləqəbli qəhrəmanın oğlu “Tərəqqi” medalına layiq görülüb.

Xatırladaq ki, Fred Asif 1991-ci ildə cəbhənin Ağdam istiqamətində döyüşüb.