"Qarabağ" rəhbərliyi "Fənərbağça"nın prezidenti ilə görüşdü - FOTOLAR

 "Qarabağ" rəhbərliyi "Fənərbağça"nın prezidenti ilə görüşdü - FOTOLAR

"Qarabağ"ın Baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan "Fənərbağça" İdman Klubunun prezidenti Ali Koçla görüşüblər. 

"Mediasport" xəbər verir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar.

Görüşün sonunda Ali Koça Ağdam klubunun forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.