Ronaldodan yeni rekord - Canlı əfsanə 1000-ci qola yaxınlaşır

Dünya futbolunun canlı əfsanəsi Kristiano Ronaldo yeni rekord vurub.
"Mediasport" xəbər verir ki, Portuqaliya millisinin kapitanı dünya çempionatlarının seçmə mərhələlərində bütün zamanların ən çox qol vuran futbolçusu ünvanına sahib çıxıb.
Macarıstan yığması ilə görüşdə dubl edən 40 yaşlı superulduz bununla seçmə mərhələlərdə vurduğu qolların sayını 41-ə çatdırıb.
Hücumçu 2016-cı il sentyabrın 6-dan bu yana rekordu əlində saxlayan qvatemalalı Karlos Ruisi (39 qol) geridə qoyub.
Argentinalı Lionel Messi üçüncü (36 qol), iranlı Əli Daei dördüncü (35), polşalı Robert Levandovski isə beşincidir (33 qol).
Xatırladaq ki, Ronaldo ümumilikdə karyerası ərzində 948-ci qoluna imza atıb. Bunlardan 143-cü milli komandada reallaşıb.