Toral Bayramov meydana çıxdı - "Bursaspor" ev qələbəsinə sevindi

Toral Bayramov meydana çıxdı - "Bursaspor" ev qələbəsinə sevindi

Futbol üzrə Türkiyə 1-ci Liqasında 11-ci turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü Toral Bayramovun formasını geyindiyi “Bursaspor” autsayderlərdən "Pendikspor"u qəbul edib.

Görüş "əjdahalar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bir neçə turdur ehtiyatda qalan Bayramov meydana 77-ci dəqiqədə daxi olub.

Xallarının sayını 25-ə çatdıran Bursa klubu turnir cədvəlinin 2-ci pilləsində mövqeyini qoruyub.

Lider "Kayserispor"un aktivində 26 xal var.