Komandası qələbə qazandı, Mahir Emreli bu dəfə də lazım olmadı

Komandası qələbə qazandı, Mahir Emreli bu dəfə də lazım olmadı

Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" "Karlsrue"nin qonağı olub.

Hücumçunun növbəti dəfə oynamadığı görüşdə komandası inamlı qələbə qazanıb - 3:2.

Son 1 ayda heyətə düşə bilməyən Mahirin adı bu dəfə də görüşün iştirak ərizəsinə salınmayıb.

Xallarının sayını 18-ə yüksəldən "Kayzerslautern" turnir cədvəlinin 4-cü pilləsinə qalxıb.