"Karvan-Yevlax"da 2 yeni transfer
1-ci Liqada yeni mövsümə hazırlaşan “Karvan-Yevlax” daha 2 transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, aranlılar müdafiəçi Elmin Bayramov və yarımmüdafiəçi Aqil Nəsibovla gücləniblər.
Hər iki futbolçu ilə 1 mövsümlük müqavilə bağlanıb.
25 yaşlı Bayramov son olaraq “Mingəçevir”də forma geyinib.
Nəsibov isə "Şəfa"nın uğurları üçün çalışıb.


