Azərbaycan millisinin sabiq üzvü Qırğızıstanda klubunu dəyişdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sabiq üzvü Dmitri Nağıyevin yeni komandası məlum olub.
"Mediasport" xəbər verir ki, 30 yaşlı müdafiəçi Qırğızıstanda oynamağa davam edəcək.
Son olaraq bu liqada "Muras Yunayted"də oynamış Nağıyev “Özkənd"ə keçib.
Şəhərin eyniadlı təmsilçisi Yüksək Liqada 14 klub arasında 8-cı sırada qərarlaşıb.
Qeyd edək ki, futbolçu U-21 yığmamızın formasını 2015/2016-cı illərdə geyinib.