"Difai" evdə vacib 3 xalı qazandı, "Mingəçevir" kritik matçda uduzdu

 "Difai" evdə vacib 3 xalı qazandı, "Mingəçevir" kritik matçda uduzdu

Futbol üzrə Azərbaycan 1-ci liqasında 22-ci turun görüşləri start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

Əsasən autsayderlərin qarşılaşmaları maraqlı alınıb.

Qış fasiləsindən sonra yüksəlişdə olan "Mingəçevir" liqadan düşmə həddində olan "Cəbrayıl"a uduzub.

Çempionatda qalmağa çalışan "Difai" "Zaqatala"ya qalib gəlib.

Digər autsayder "Qaradağ Lökbatan" səfərdə "Baku Sporting"i üstələyib.

Turun mərkəzi dueli İmişlidə keçiriləcək. Premyer Liqaya vəsiqəni təmin etmiş "Qəbələ" elitaya iddialı "İmişli" ilə üz-üzə gələcək.

Həftəyə sabah yekun vurulacaq.


Azərbaycan 1-ci Liqası. 22-ci tur


17 aprel (cümə axşamı)

13:00. “Cəbrayıl” – “Mingəçevir” 2:0

Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Şamil İmanzadə

“ASCO Arena”


16:00. “Baku Sporting” – “Qaradağ Lökbatan” 0:1

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Binə qəsəbə stadionu


16:30. “Difai” – “Zaqatala” 0:1

Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Mahmud Bağırzadə

Şamaxı OİK stadionu


18 aprel (cümə) 

16:00. MOİK – “Karvan” 

Hakimlər: Alik Yunusov, Mirnihad Seyidov, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov

Binə qəsəbə stadionu


16:30. “İmişli” – “Qəbələ”

Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Asif Abdullayev, Emin Əliyev

Heydər Əliyev adına İmişli şəhər stadionu