Kubokda 2-ci raunda vəsiqə qazanan sonuncu klub məlum oldu
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə 1 matç keçirilib.
"Ağdaş"a 6 qol vuran "Hypers" mübarizəni davam etdirmək hüququ qazanıb.
Qeyd edək ki, raundun əvvəlki görüşlərində qələbə qazanan "Qaradağ Lökbatan", "Ağstafa Gəncləri", "Zəngəzur", "Marafon" və "Kür-Araz" adını 2-ci mərhələyə yazdırıb.
Azərbaycan Kuboku. 1-ci təsnifat mərhələsi
"Ağdaş" – "Hypers" 1:6
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Ağdaş şəhər stadionu

