"Turan Tovuz"dan növbəti transfer

“Turan Tovuz” mövsümlərarası fasilədə ikinci transferini edib.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi "Sabah"dan Abdulla Rzayevi heyətinə qatıb.
Müdafiəçi qarşıdakı mövsüm tovuzluların heyətində icarə əsasında forma geyinəcək.
Xatırladaq ki, "Turan Tovuz" daha əvvəl David Tavareşlə güclənib.