UEFA-nın saytı "Napoli" - "Qarabağ" oyununa dair statistika hazırladı
UEFA-nın rəsmi saytında noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək "Napoli" - “Qarabağ” oyununa dair statistik məlumatlar dərc edilib.
"Mediasport" xəbər verir ki, yazıda komandaların avrokuboklarda ilk dəfə qarşılaşacağı qeyd olunub.
Matç "Napoli" üçün Azərbaycan komandalarına qarşı oyun kimi tarixə düşəcək.
Antonio Kontenin baş məşqçisi olduğu kollektiv UEFA Çempionlar Liqasında son 19 ev görüşünün yalnız birində uduzub - 11 qələbə, 7 heç-heçə.
“Qarabağ” isə İtaliya klublarına qarşı əvvəlki altı avrokubok matçında qələbə qazana bilməyib - 1 heç-heçə, 5 məğlubiyyət.
Ağdam təmsilçisi hər üç səfər oyununu uduzub.
"Atlılar"ın futbolçusu Leandro Andrade son yeddi Avropa oyununun 5-də qol vurub.
Qurban Qurbanov cari mövsüm avrokuboklarda yalnız iki matçda məğlub olub - yeddi qələbə, bir heç-heçə.
Xatırladaq ki, “Napoli” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 00:00-da start götürəcək.
