"Araz-Naxçıvan" 2500, "Turan Tovuz" 5700, "Sumqayıt" klubu isə 500 manat cərimə ödəyəcək

"Araz-Naxçıvan" 2500, "Turan Tovuz" 5700, "Sumqayıt" klubu isə 500 manat cərimə ödəyəcək

AFFA İntizam Komitəsi Premyer Liqası təmsilçilərindən "Araz-Naxçıvan"ı 2500, "Turan Tovuz"u 5700, "Sumqayıt"ı isə 500 manat cərimələyib.

"Mediasport" xəbər verir ki, "Araz-Naxçıvan" ziyana 12-ci turun "Turan Tovuz"la oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə düşüb.

Tovuz klubu azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə cərimə ödəyəcək.

Bundan əlavə, "Turan Tovuz" 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

"Sumqayıt" isə futbolçusu Rayan Senhacyə görə cərimə alıb. "Qarabağ"la görüşdə qırmızı vərəqə alan futbolçu komandasını ziyana salıb.