"Zirə"nin Antalyada üz-üzə gələcəyi hər üç rəqibin adı məlum oldu
Qış təlim-məşq toplanışının ikinci hissəsini Türkiyədə keçəcək “Zirə”nin rəqibləri məlum olub.
"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Antalyada 3 matç keçirəcək.
"Qartallar" yanvarın 12-də Rumıniyanın “Çikşereda”, 16-da isə Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.
