Liqanın debütantı çempionatda ardıcıl ikinci qələbəsini qazandı

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 3-cü tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib.
Çempionatın debütantı "Şirvan" doğma publika qarşısında qələbə qazanmaqla liderlər qrupunda möhkəmlənib. Bu, aranlıların ardıcıl ikinci qalibiyyəti olub.
Ağdaş futbolçuları Bakıda "Dinamo"nu darmadağın ediblər.
"Quba" isə liqanın iddialılarından "Şəmkir"i üstələyib.
Tura sabah yekun vurulacaq.
Azərbaycan 2-ci Liqası. 3-cü tur
“Dinamo” – “Ağdaş” 0:3
Binə qəsəbə stadionu, 15:00
“Quba” – “Şəmkir” 1:0
Quba OİK stadionu, 15:30
“Şirvan” – “Göygöl” 2:0
Şirvan OİK stadionu, 16:00
23 sentyabr (çərşənbə axşamı)
“Sheki City” – “Qaradağ Lökbatan”
“Rekord Arena”, 15:00
“Kür-Araz” – “Araz Saatlı”
Saatlı OİK stadionu, 15:30
“Ağstafa Gəncləri” – “Xankəndi”
Ağstafa şəhər stadionu, 15:30