"Şamaxı"da "yarpaq tökümü": Gedən futbolçuların sayı 4-ə çatdı

"Şamaxı"da "yarpaq tökümü": Gedən futbolçuların sayı 4-ə çatdı

"Şamaxı" daha bir futbolçusu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi fransalı vinger Brahim Konate ilə yollarını ayırmaq məcburiyyətində qalıb.

"Zirə" ilə anlaşdığı deyilən 28 yaşlı yarımmüdafiəçi 2024-cü ildən "şirlər"in formasını geyinirdi.

Qeyd edək ki, Şirvan təmsilçisi daha əvvəl Vasiliye Radenoviç və Vasiliye Bakiçlə başa çatan müqaviləni yeniləməyib.

Müdafiəçi Cəlal Hüseynov müqavilə ilə məxsus olduğu Bolqarıstanın "Arda" klubuna qayıdacaq, qapıçı Kamal Bayramov isə karyerasını başa vurub.