Ronaldo Avropa çempionatında oynamaq haqda düşünür
Dünya Kuboku-2026-da milli komandası uğursuzluğa düçar olan Kriştiano Ronaldo AVRO-2028-də oynamağı planlaşdırır.
"Mediasport" xəbər verir ki, bu barədə Portuqaliya mətbuatında maraqlı məlumat yayılıb.
Bildirilir ki, yığmanın yeni baş məşqçisi Jorje Jesuş əfsanəvi futbolçuya şans verməyə hazır olduğunu vurğulayıb.
41 yaşlı superulduz fiziki göstəriciləri istənilən səviyyədə olmasa da, "Əl Nəsr"dən yaxşı tandığı həmyerlisinin etimadı haqda düşünmək qərarına gəlib.
Xatırladaq ki, 2028-ci ildə Ronaldonun 43 yaşı olacaq.
O, 2003-cü ildən indiyədək geridə qalan 23 ildə Portuqaliya yığmasının heyətində 233 oyun keçirib, 146 qol vurub.


