Böyük Britaniya tarixinə ilk milyarder idmançı kimi düşdü
Futbol üzrə İngiltərə milli komandasının sabiq üzvü Devid Bekhem Böyük Britaniyanın tarixinə düşüb.
"Mediasport" xəbər verir ki, krallıqda milyarder statusuna çatan ilk idmançı olub.
Bu barədə "The Times" nəşri məlumat yayıb.
Bildirilib ki, böyük biznes imperiyasına malik 51 yaşlı Bekhem və özü qədər məşhur həyat yoldaşı Viktoriya Bekhemin birgə varidatı 1,185 milyard funt sterlinqə bərabərdir.
Xatırladaq ki, cütlüyün müxtəlif istiqamətlərdə geniş biznesi mövcuddur.
Bekhemin həmçinin ABŞ-nin "İnter" (Mayami) klubunda səhmlərinin dəyəri təxminən 300 milyon funt sterlinqə çatır.
