"Neftçi" yeni ilə 6 qolla başladı
“Neftçi” Gənclər Liqasında 2026-cı ildə ilk rəsmi oyununu keçirib.
"Mediasport" xəbər verir ki, “ağ-qaralar” 13-cü tur çərçivəsində EFA-nı qəbul edib.
“Palms Sports” Futbol Mərkəzində baş tutan matç birincilərin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tunar Mehdiyev het-triklə yadda qalıb, digər qolları Turan Məmmədov, Pünhan Qasımzadə və Nicat Məhərrəmov vurublar.
Xal ehtiyatını 26-ya çatdıran komanda 4-cü pillədə qərarlaşıb.
