Mahir üçün yeni məşqçi gəldi

Mahir üçün yeni məşqçi gəldi

Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin icarə əsasında formasını geyindiyi Polşanın “Rakuv” klubunun yeni baş məşqçisi məlum olub.

"Mediasport" xəbər verir ki, Çenstoxova təmsilçisi Tomaş Kaçmareklə anlaşıb.

41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

David Kroçeki əvəzləyəcək çalışdırıcı ən son ayrıldığı "Radomyak"ın baş məşqçisi olub. O, Radom klubuna bu ilin iyununda təyin edilmişdi.

"Rakuv" Polşa Yüksək Liqasında 6 turdan sonra 0 xalla sonuncudur.

Yığmamızın hücumçusu müqavilə ilə Almaniyanın 2-ci Bundesliqa komandası "Kayzerslautern"ə məxsusdur.