"Bu formanı geyinmək mənim üçün böyük bir şərəf idi" - Medina

"Bu formanı geyinmək mənim üçün böyük bir şərəf idi" - Medina

"Bu formanı geyinmək və bu loqonu təmsil etmək mənim üçün böyük bir şərəf və məsuliyyət idi".

"Mediasport" xəbər verir ki, bu sözlər "Qarabağ"dan ayrılan Kevin Medinaya məxsusdur.

Kolumbiyalı müdafiəçi Ağdam klubu ilə bağlı vida paylaşımı edib:

"Bu gün həm həyatımda, həm də karyeramda dərin izlər buraxan klubla vidalaşıram.

“Qarabağ”a ilk addım atdığım andan etibarən məni səmimiyyətlə qarşılayan peşəkar ailə, yaxın dostlara çevrilən komanda yoldaşları və hər zaman yanımızda olan azarkeşlər qazandım.

Meydana çıxdığım hər oyunda maksimum hörmət və fədakarlıqla mübarizə aparmağa çalışdım".

Xatırladaq ki, Medina 2020-ci ildən "atlılar"ın formasını geyinirdi.