Bölgə klubunda 2 yeni məşqçi

Bölgə klubunda 2 yeni məşqçi

2-ci Liqa təmsilçisi "Şəmkir"in yeni baş məşqçisi Rasim Əliyevin köməkçiləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, A kateqoriyalı mütəxəssisə Samir İsmayılov məşqlərin təşkilində və taktiki hazırlıqda kömək edəcək.

Qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək Rəhman Mirzəyev isə qolkiperlərin fərdi və qrup məşqlərinə məsul olacaq.

Xatırladaq ki, qərb təmsilçisi dünən Rasim Əliyevlə 6 ay+1 illik müqavilə bağlayıb.