Azərbaycanın UEFA reytinqində Slovakiyanı geridə qoydu

Azərbaycanın UEFA reytinqində Slovakiyanı geridə qoyub.
"Mediasport" xəbər verir ki, bu, "Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində tarixi “Benfika” səfəri ilə rəsmiləşib.
3:2 hesablı möhtəşəm qələbə hesabına Azərbaycan çempionunun aktivinə 0,500 xal yazılıb. Hazırda ölkəmizin aktivində 21.500 əmsal var.
Slovakiyanı keçən ölkəmiz sıralamada 25-ci sıraya yüksəlib. Slovakiyanın 21.375 xalı var.
Reytinqə 95.450 xalla İngiltərə başçılıq edir.