"Qarabağ" - "Neftçi" oyununda 6 qol, 2 qırmızı vərəqə qeydə alındı
Futbol üzrə Əvəzedicilər Liqasında 7-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
"Qarabağ-2" Binə qəsəbə stadionunda "Neftçi-2" ilə qarşılaşıb.
Gərgin və dramatik keçən görüşdə qapılara 6 top vurulub, 2 qırmızı vərəqə qeydə alınıb.
"Ağ-qaralar"ın 4:2 hesabı ilə qalib gəldiyi matçın 35-ci dəqiqəsində meydan sahiblərindən Nicat Xasıyev, 66-cı dəqiqədə isə qonaqlardan Fariz Xeyrullayev meydandan qovulub.
Tura oktyabrın 20-də yekun vurulacaq.

