Bakıda Azərbaycan futbolunun əfsanələri arasında oyun olacaq

Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında oyun keçiriləcək.
"Mediasport" xəbər verir ki, görüş Bakıda keçiriləcək dünya çempionatına həsr olunub.
“Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri” arasında oynanılacaq “Legends Cup” mayın 19-da Milli Gimnastika Arenasında baş tutacaq.
Qarşılaşma saat 20:00-da başlanacaq.