Koxalski Salyana getdi - VİDEO

Koxalski Salyana getdi - VİDEO

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Salyan rayonunun Kürsəngi kəndinə səfər edib.

"Mediasport" xəbər verir ki, polşalı qolkiper kənddə fəaliyyət göstərən “Kürsəngi” komandasının azyaşlı futbolçuları ilə görüşüb.

Koxalski uşaqlarla maraqlı söhbətlər aparıb, onlara təcrübələrini bölüşüb və futbol karyerası ilə bağlı tövsiyələr verib.

https://youtube.com/shorts/1pl0L8FXCxM?si=dZHWHdoAYz0oWf3L