Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazandı

Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.
"Mediasport" xəbər verir ki, üzgüçü Oqtay Hüseynov birinci yeri tutub.
O, 400 metr məsafəyə qarışıq üzmə yarışında bütün rəqiblərini qabaqlayıb.
Digər üzgüçümüz Yeqor Maynitski isə 200 metr məsafəyə bras üsulunda bürünc mükafat əldə edib.