Ukraynalı mütəxəssis yığmamızda

 Ukraynalı mütəxəssis yığmamızda

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) bədii üzgüçülük üzrə Ukrayna milli komandasının keçmiş üzvü, əməkdar idman ustası və məşqçi Oksana Pismenna ilə əməkdaşlığa başlayıb.

Bu barədə "Mediasport"a ASF-nin mətbuat xidmətindən məlumat verilib.

Məqsəd bədii üzgüçülük növünün ölkədə inkişafı, zamanla milli komandanın formalaşdırılması və beynəlxalq yarışlarda uğurla iştirak etməsidir.

Xatırladaq ki, O.Pismenna daha əvvəl Ukrayna, Türkiyə, Fransa, İsveçrə, Cənubi Koreya və Misir milliləri ilə çalışıb.