Luka Qabrilo Azərbaycan yığmasının baş məşqçisi oldu

 Luka Qabrilo Azərbaycan yığmasının baş məşqçisi oldu

Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, bu vəzifəyə Luka Qabrilo təyin olunub.

44 yaşlı isveçrəli mütəxəssis İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb.

O, 2010-2017 illərdə İsveçrə Üzgüçülük Federasiyasında komanda meneceri, baş məşqçi, Yüksək Nəticələr Mərkəzinin rəhbəri kimi çalışıb.

Daha sonra İsrail milli komandasının baş məşqçisi və Tokio-2020 Yay Olimpiya Oyunlarında nümayəndə heyətinin rəhbərlərindən biri olub.

L.Qabrilo həmçinin Beynəlxalq Üzgüçülük Liqasında (ISL) çalışıb.

Xatırladaq ki, 12 il idi yığmamıza rəhbərlik edən Rəşad Əbdürəhmanov dünən vəzifəsindən ayrılıb və federasiyada müşavir vəzifəsinə təyin edilib.