"Qarabağ" Türkiyə toplanışında "Neftçi" ilə qarşılaşacaq

"Qarabağ" Türkiyə toplanışında "Neftçi" ilə qarşılaşacaq

"Qarabağ"ın qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərində qarşılaşacağı rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Ağdam klubunun hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.

Komanda bu müddət ərzində təlim-məşq toplanışını davam etdirəcək.

Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebye" (Lübin) klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşlərində üz-üzə gələcək.

Qeyd edək ki, Qurban Qurbanovun komandası yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq.

"Atlılar" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaqlar.