Azərbaycan Kubokunda 2-ci raundun son iştirakçısı kim olacaq?
Bu gün Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə 1 matç keçiriləcək.
Qeyd edək ki, raundun əvvəlki görüşlərində qələbə qazanan "Qaradağ Lökbatan", "Ağstafa Gəncləri", "Zəngəzur", "Marafon" və "Kür-Araz" adını 2-ci mərhələyə yazdırıb.
Azərbaycan Kuboku. 1-ci təsnifat mərhələsi
14:30. "Ağdaş" – "Hypers"
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Ağdaş şəhər stadionu

