Sabah "Neftçi"nin 4 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

Sabah "Neftçi"nin 4 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

Sabah "Neftçi" Premyer Liqanın 31-ci turunun "Qarabağ"la səfər görüşünə itkilərlə çıxacaq.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar"ın heyətində 4 oyunçu "Azərbaycan derbisi"ndə forma geyinə bilməyəcək.

Edvin Kuç, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən görüşü kənardan izləyəcəklər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq.