Azərbaycan Kubokunun finalına satılmış bilet sayı açıqlandı

Azərbaycan Kubokunun finalına satılmış bilet sayı açıqlandı

Azərbaycan Kubokunun “Qarabağ”la “Sabah” arasında keçiriləcək finalına satılmış bilet sayı açıqlanıb.

"Mediasport" xəbər verir ki, indiyədək 5 min bilet satılıb.

Görüş mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq.

19:00-da başlanacaq qarşılaşmadan 1 saat əvvəl arenada "Dərviş Bənd" qrupu konsert proqramı ilə çıxış edəcək.