"Qəbələ" "Kəpəz"i məğlub etdi
Yeni mövsümün hazırlığını davam etdirən "Qəbələ" ilk yoxlama matçını keçirib.
"Mediasport" xəbər verir ki, Kaxaber Çxadadzenin komandası "Kəpəz"lə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Meydan sahiblərindən Nuğay Rəşidov və Paulo Kimbila, gəncəlilərdən isə Şakir Seyidov fərqlənib.


