Avropa Liqası: "Qarabağ"ın 2-ci raundda ilk matçı Bakıda olacaq

Avropa Liqası: "Qarabağ"ın 2-ci raundda ilk matçı Bakıda olacaq

UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yüksələn "Qarabağ"ın Bolqraıstanın ÇSKA klubu ilə ilk oyunu Bakıda olacaq.

"Mediasport" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma iyulun 23-də baş tutacaq.

Komandalar iyulun 30-da Sofiyada üz-üzə gələcəklər.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk raundda İslandiyanın "Vestri" kollektivini üstələyib (3:0, 3:0).