"Bizi çətin oyun gözləyir, ciddi hazırlaşacağıq" - Toral Bayramov

“Ağır oyun olacağını əvvəldən bilirdik. Matçın gedişində 10 nəfərlə qaldıq. Buna baxmayaraq, sona qədər döyüşdük, vuruşduq. Şükürlər olsun ki, qalib gəldik"
"Mediasport" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Qarabağ”ın müdafiəçisi Toral Bayramov deyib.
O, Azərbaycan Premyer Liqasının 23-cü turunun “Neftçi” ilə səfər matçı haqda düşüncələrini bölüşüb:
“Neftçi” həmişə ev oyunlarına aqressiv, aktiv başlayır. Belə olacağını gözləyirdik. Son vaxtlar yaxşı formadadırlar. Biz sırf müdafiədə oturmamışdıq. Rəqibi orta zonada qarşılayırdıq. Bu, baş məşqçinin tapşırığı idi. Fürsətlərdən yararlanmağa çalışırdıq. Az epizodlarımız olmadı. Sadəcə, sonluğu gətirə bilmirdik. Yekunda isə istəyimizə çatdıq və qalib gəldik”.
T.bayramov qarşıdakı tur üz-üzə gələcəkləri “Sabah”la görüş haqda da fikirlərini bildirib:
“Bizi növbəti çətin oyun gözləyir. Ciddi hazırlaşacağıq. Həmin matçda da meydana qələbə qazanmaq üçün çıxacağıq. Amma bu, heç də asan olmayacaq. Sona qədər mübarizə aparacağıq”.
Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.