Rauf Cabarov assosiasiyada yüksək vəzifəyə təyin olundu

Azərbaycanlı hakim Rauf Cabarova yüksək vəzifə verilib.
"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) yeni icraçı direktor təyin edilib.
AKTA-dan bildirilib ki, təşkilatın operativ fəaliyyətinin və sistemli inkişafının təmin edilməsi məqsədilə daxili struktur dəyişikliyi aparılaraq, İcra Aparatı formalaşdırılıb.
Ümumi yığıncağın qərarına əsasən, idarə heyətinin sədr müavini Rauf Cabarov AKTA-nın icraçı direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Rauf Cabarov 2003-cü ildə futbol hakimi karyerasına başlayıb, 2019-cu ildən isə FIFA bayrağı altında oyunlara təyinat alır.