Azərbaycan millisi Estoniyaya qarşı - Avropa çempionatında 2-ci raund

 Azərbaycan millisi Estoniyaya qarşı - Avropa çempionatında 2-ci raund

16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının 2-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq.

"Mediasport" xəbər verir ki, B qrupunda yer alan yığmamız Estoniya ilə qarşılaşacaq.

Voleybolçularımızın qrupda növbəti rəqibləri İspaniya və Avstriya milliləri olacaqlar.

Raundun görüşləri İspaniyanın Luqo şəhərində təşkil ediləcək.


Avropa çempionatı. 2-ci seçmə mərhələ. B qrupu. 1-ci tur


19:00. Azərbaycan - Estoniya

Luqo İdman Pavilyonu