Azərbaycan yığma komandaları növbəti dəfə məğlub oldular

Azərbaycanın kişilərdən və qadınlardan ibarət voleybol yığmaları növbəti oyunlarına çıxıblar.
"Mediasport" xəbər verir ki, Qızıl Avropa Liqasında yarışan qadın millimiz səfərdə Xorvatiya ilə qarşılaşıb.
Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Zadar şəhərində keçirilən görüşdən 1:3 hesablı məğlubiyyətlə ayrılıb.
Komandamız daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə uduzub.
Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Lüksemburqla bacarmayıb - 0:3.
Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda daha əvvəl İsveçə uduzub (0:3), Gürcüstan seçməsini məğlub edib (3:0)