Ayşənin komandasına qalib gələn digər yığma üzvü final oynayacaq

Ayşənin komandasına qalib gələn digər yığma üzvü final oynayacaq

Qadınlardan ibarət Azərbaycan yığmasının voleybolçusu Yelizaveta Ruban CEV Kubokunda final oynayacaq.

"Mediasport" xəbər verir ki, hücumçunun formasını geyindiyi Rumıniyanın "Alba" klubu yarımfinalda millimizin digər üzvü - Ayşən Abduləzimovanın şərəfini qoruduğu Macarıstanın "Vaşaş" kollektivindən hər iki dueldə güclü olub (3:2, 3:0).

Rubanın komandası həlledici görüşdə "Novara" (İtaliya) - "Türk Hava Yolları" (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. İtalyanlar ilk dueldə 3:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, milliləşdirilmiş ukraynalı 2024-cü ildən çıxış etdiyi Blaj təmsilçisinin heyətində ən yaxşı hücumçulardan biridir. "Alba" Rumıniya çempionatında ilk dövrədən sonra liderdir.