Millimiz Belçikaya məğlub oldu

  Millimiz Belçikaya məğlub oldu

Avropa çempionatının təsnifat mərhələsində çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belçika ilə qarşılaşıb.

"Mediasport" xəbər verir ki, görüş milli komandamızın 0:3 hesablı məğlubiyyəti ilə nəticələnib.

Yığmamız növbəti oyunu Avstriyaya qarşı avqustun 16-da Bakıda keçirəcək.

AVRO-2026-nın seçmə mərhələsində B qrupunda mübarizə aparan komandamız digər 3 qarşılaşmada məğlub olub.

Yarışın formatına görə, qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

2026 Avropa çempionatı. B qrupu. Təsnifat mərhələsi

13 avqust

Belçika - Azərbaycan 3:0 (25:13, 25:9, 25:13)

16 avqust

18:00 Azərbaycan - Avstriya

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi