Azərbaycan millisinin üzvü Sofiyada iki qızıl medal qazandı

 Azərbaycan millisinin üzvü Sofiyada iki qızıl medal qazandı

Azərbaycan üzgüçüsü Maqsud Tahirli Bolqarıstanda keçirilən 12-ci Sofiya Suya Tullanma Kubokunda uğurla çıxış edir.

"Mediasport" xəbər verir ki, D qrupunda yer alan gənc idmançı iki qızıl medal qazanıb.

O, 3 və 5 metrlik tramplindən tullanışda bütün rəqiblərini üstələyərək turnirin qalibi olub.

Yarışda 11 ölkədən 160-dan çox yeniyetmə üzgüçü mübarizə aparır.