Dünya Seriyası: Azərbaycanı Berlində 5 idmançı təmsil edəcək
Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində paraüzgüçülük üzrə Dünya Seriyasının Berlin mərhələsi start götürəcək.
Milli Paralimpiya Komitəsindan "Mediasport"a verilən məlumata görə, Azərbaycanı yarışda kişilər arasında S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında Əli Vəliyev və Murad Məmmədov, S6 kateqoriyasında Abuzər Nəzərov təmsil edəcək. Qadınlar arasında isə S4 kateqoriyasında Könül Süleymanova mübarizə aparacaq.
Berlin mərhələsinə mayın 9-da yekun vurulacaq.
