"Üzgüçülük hamı üçün" beynəlxalq layihəsinin açılış mərasimi keçirildi

  "Üzgüçülük hamı üçün" beynəlxalq layihəsinin açılış mərasimi keçirildi

"Üzgüçülük hamı üçün" layihəsinin final turunun açılış mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, təşkil olunan tədbirdə öncə iştirakçı ölkələrin paradı baş tutub.

Turnirdə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin iştirakçıları mübarizə aparırlar.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev də iştirak ediblər.

Xatırladaq ki, Bakı Su İdmanı Sarayında keçirilən yarışın həlledici mərhələsi sabah başa çatacaq.