Azərbaycan idmançısı dünya çempionatını 4 medalla tamamladı

Azərbaycan paraüzgüçüsü Roman Saley (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatında çıxışını 4 medalla başa vurub.
"Mediasport" xəbər verir ki, üçqat paralimpiya çempionu bu gün iştirak etdiyi 100 metr məsafəyə sərbəst üzmə üsulunda 54.01 saniyə nəticə ilə daha bir bürünc mükafat qazanıb.
Qeyd edək ki, dördqat dünya çempionu yarışda bunadək 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl, 50 metr məsafəyə sərbəst üzmə üsulunda 24.27 nəticə ilə gümüş, “butterfly” (kəpənək) üzmə üsulunda isə bürünc medala sahib çıxmışdı.