Azərbaycan UEFA-nın reytinq cədvəlində 1 pillə geri düşdü
Avrokubokların pley-off mərhələlərinin ilk oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
"Mediasport" xəbər verir ki, Azərbaycan sıralamada bir pillə geriləyib.
Nəticədə ölkəmiz 22,937 əmsalla 27-ci yerə düşüb.
Buna "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşü çərçivəsində Bakıda "Nyukasl Yunayted"ə uduzması (1:6) səbəb olub.
Azərbaycanı 23,343 əmsalla Sloveniya keçib.
28-ci pillədəki Rusiya 22,632 xala malikdir. Reytinqə 112,352 əmsalla İngiltərə başçılıq edir.
