Azarkeşləri "Qarabağ"ı yenə ziyana saldı - Bu dəfə 8 min ödəyəcəklər

Azarkeşləri "Qarabağ"ı yenə ziyana saldı - Bu dəfə 8 min ödəyəcəklər

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 8000 manat cərimə edib.

"Mediasport" xəbər verir ki, buna Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış "Neftçi" ilə oyunda qeydə alınan nöqsanlar səbəb olub.

Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə ziyana düşüb. Bu hal cari mövsümdə beşinci dəfə təkrarlanıb.

"Neftçi" isə beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.