"Qarabağ" fransalı futbolçunun transferi üçün təklif göndərdi

 "Qarabağ" fransalı futbolçunun transferi üçün təklif göndərdi

"Qarabağ" heyətini yeni legionerlə gücləndirməyə hazırlaşır.

"Mediasport" xbər verir ki, Ağdam təmsilçisi Kiprin AEK klubundan Jeremi Qnalini transfer edir.

Bu barədə məlumatı "Balla.com.cy" saytı yayıb. Bildirilib ki, "atlılar" sol cinah müdafiəçisi üçün Larnaka klubuna təklif göndərib.

Məlumata görə, fransalı özü də Azərbaycana gəlməyə isti yanaşıb.

AEK-lə müqaviləs mayda başa çatacaq Qnali bu mövsüm 26 oyunda meydana çıxıb, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

O, karyerası ərzində vətənində "Mets" (B komandası), İspaniyada "Melilya" və "Tarazona" klublarında forma geyinib.

Paris doğumlu futbolçunun transfer qiyməti 450 min avro göstərilib.