Azərbaycan millisinin üzvü bölgə klubu ilə yollarını ayırdı - RƏSMİ
"Şamaxı" daha bir futbolçusu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, əyalət təmsilçisi Rüfət Abbasovla yollarını ayırıb.
21 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.
Xatırladaq ki, "şirlər"i daha əvvəl Kərim Rossi tərk edib.


