Azərbaycanlı futbolçular 3 qolla komandalarına qələbə qazandırdı
Futbol üzrə Qırğızıstan Premyer Liqasında 5-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, azərbaycanlı futbolçular Orxan Əliyev, İldar Alekberov və Ramin Əhmədovun heyətində çıxış etdiyi "Özkənd" "Asiyaqol"u qəbul edib.
Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Hər üç həmyerlimiz oynayıb, İldar Alekberov dubl edib, Ramin Əhmədov isə 1 qol vurub.
"Özkənd" 4 matçdan sonra 10 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
