"Kopenhagen"in 4 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

"Kopenhagen"in 4 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

Sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq “Kopenhagen” meydana itkilərlə çıxacaq.

"Mediasport" xəbər verir ki, Danimarka çempionunun 4 futbolçusu Ağdam təmsilçisi ilə dueldə forma geyinməyəcək.

Skandinavların heyətində Oliver Heyer, Yonatan Moalem, Maqnus Mattsson və Andreas Kornelius görüşü kənardan izləyəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.